Gürcüstan hökuməti oğru aləmi nin qarşısını almaq istəmir ŞƏRH | Icma.az
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mixeil Saakaşvili "oğru aləmi"nə qarşı çox ciddi və qəddar mübarizə aparırdıGürcüstanın müasir tarixində, xüsusən Mixeil Saakaşvilinin prezidentliyi dövründə, "oğru aləmi" və onun cəmiyyətə təsiri əsas müzakirə mövzularından biri olub.
"Oğru aləmi" adı altındakı kriminal strukturlar, post-Sovet ölkələrinin siyasi və sosial həyatına dərindən təsir edib.Saakaşvili hakimiyyəti illərində, bu strukturların Gürcüstandakı ictimai və siyasi sabitliyə zərər verən güclər olduğunu düşünərək, onlara qarşı ciddi və sərt mübarizəyə başladı.
Lakin, onun hakimiyyətindən sonra, "oğru aləmi"nin təsiri yenidən gücləndi.
Dövlətin bəzi hissələrində korrupsiya və kriminal fəaliyyətlər baş qaldırdı.
Bu dəyişikliklər, həm daxili, həm də beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb oldu, Gürcüstanın gələcək siyasi kursunu və idarəetmə strukturlarını sual altında qoydu.
Mövzu ilə bağlı politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında "oğru aləmi"ndən, onun Saakaşvili dövründəki rolundan və sonrakı mərhələdə inkişafından söhbət açıb: "Mixeil Saakaşvili "oğru aləmi"nə qarşı çox ciddi və qəddar mübarizə aparırdı.
Çünki o, bu aləmi Sovet İttifaqının və keçmiş KQB-nin postsovet ölkələrinə eləcə də Rusiyaya daxili, ictimai nəzarət ünsürlərindən biri hesab edirdi.
Tam oxu
Xəbəri oxu