Gürcüstan höküməti Tbilisidə Azərbaycan səfirliyinə torpaq sahəsi verib

22.07.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Gürcüstan höküməti paytaxt Tbilisinin Vaxtanq Qorqasali küçəsində 69 kvadratmetr ərazini Azərbaycan səfirliyinin istifadəsinə verib. 

Missiya.Az “24News.ge”yə istinadən xəbər verir ki, müvafiq sənəd iyulun 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən imzalanıb. 

Bildirilib ki, 69 kvadrat metr torpaq sahəsi 49 illiyinə Azərbaycana pulsuz icarəyə verilib. 

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Gürcüstana səfər edib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью