Gürcüstan hökumətinin tərkibində yeni kadr dəyişikliyi olub

15.09.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisi, 15 sentyabr, AZƏRTAC

Gürcüstanın hökumətinin tərkibində yeni kadr dəyişiklikləri olub.

Baş naziri İrakli Kobaxidze sentyabrın 15-də Maia Bitadzenin mədəniyyət naziri vəzifəsinə namizədliyini irəli sürüb.

AZƏRTAC xəbər verir ki, M.Bitadze hüquq elmləri doktoru, Tbilisi Dövlət Universitetinin dosentidir. O, 2020-ci ildən Gürcüstan Parlamentinin deputatı və parlamentin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri vəzifəsini tutub. M.Bitadze, həmçinin ətraf mühitin mühafizəsi nazirinin müavini və Tbilisi merinin müavini postlarında çalışıb.

Gürcüstanın keçmiş mədəniyyət naziri Tinatin Ruxadze iyulun 28-də istefa verib.

Qeyd edək ki, sentyabrın 14-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidmtinin rəisi Gela Geladze də vəzifəsindən istefa verib. Onun yerinə DTX sədrinin müavini Tamaz Boraşvilinin namizədliyi irəli sürülüb.

Parlamentin sentyabrın 16-da keçiriləcək iclasında hər iki namizədin təsdiq olunacağı gözlənilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью