Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tbilisi, 21 sentyabr, AZƏRTAC
Avropa Şurasının yerli ofisinin Baxmaroda seminar təşkil etməklə qanunu pozmaqda iştirakI təsdiqlənərsə, bu, fəlakət və qalmaqal yaradacaq.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, əgər audit xidməti qanundan yayınma faktını müəyyən etsə, qanunvericiliyə yenidən baxılması zərurəti yarana bilər.
Şalva Papuaşvili Avropa Şurasının iştirakı ilə Baxmaroda keçirilən görüşlə bağlı Gürcüstan qanunvericiliyinin pozulması ehtimalının olduğunu diqqətə çatdırıb:”“Biz Avropa Şurasının üzvüyük və əgər, bu təşkilat üzv dövlətin qanunlarını pozarsa, bu, yerli ofis üçün fəlakətli qalmaqal olar”.
Qeyd qeyd edək ki, iddiaya görə, Avropa Şurasının dəstəyi ilə Gürcqstanın Baxmaro bölgəsində seminar keçirilib. Gürcüstan Audit Xidməti tədbirin haradan maliyyələşdirildiyini araşdırır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi