Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr Azərbaycan 7 cidir

08.09.2025

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Bu ilin ilk yarısında Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların (FDI) həcmi 763,8 milyon dollar olub və ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% azalıb.
Yeniavaz.com
xəbər verir ki, Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyaların 6,3%-i və ya 48,5 milyon dolları Azərbaycanın payına düşüb.
2024-cü ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi cəmi 1% və ya 0,5 milyon dollar artıb.
Məlumat üçün bildirək ki, bu ilin ikinci rübü ərzində (aprel-iyun) Gürcüstan iqtisadiyyatına ən çox aşağıdakı ölkələr investisiya yatırıb:
Böyük Britaniya – 242,7 milyon dollar (ümumi investisiyaların 41,8%-i);
Türkiyə – 54 milyon dollar (9,3%);
Çexiya – 38,3 milyon dollar (6,6%);
BƏƏ – 37,1 milyon dollar (6,4%);
Malta – 33,8 milyon dollar (5,8%);
Niderland – 23,7 milyon dollar (4,1%);
Azərbaycan – 23,6 milyon dollar (4,1%);
Rusiya – 22,1 milyon dollar (3,8%);
Almaniya – 15,6 milyon dollar (2,7%);
Virgin adaları – 13,4 milyon dollar (2,3%).
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью