Gürcüstan işıqsız qaldı , səbəb bilinmir

25.07.2026

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az yerli KİV və sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər verir ki, elektrik enerjisinin kəsilməsi su təchizatında da problemlərə səbəb olub.
Bildirilir ki, Tbilisi şəhərində nasos stansiyalarının fəaliyyəti dayanıb.
İlkin məlumatlara əsasən, paytaxtın bəzi rayonlarında elektrik enerjisinin verilişi artıq bərpa edilib. Elektrik təchizatının mərhələli şəkildə bərpa olunacağı, prosesin tam başa çatmasının isə təxminən üç saat çəkə biləcəyi bildirilir.
Hadisənin səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, əvvəlki gün baş vermiş analoji kəsintinin Gürcüstan–Türkiyə yüksək gərginlikli ötürücü xəttindəki qəza ilə əlaqəli olduğu açıqlanmışdı . Bugünkü kəsintinin səbəbi isə hələlik rəsmən təsdiqlənməyib.
Məhəmmədəli Həsənli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью