Gürcüstan KM müxalifətin müraciətini qəbul etmədi

03.12.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvili və müxalifət nümayəndələrinin parlament seçkilərinin nəticələrinin ləğv edilməsi ilə bağlı iddia ərazisini qəbul etməyib. 

Bu barədə məlumatı məhkəmə yayıb. 

Bildirilib ki, məsələ ilə bağlı qərar yekundur və yenidən baxılmayacaq.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Seçkinin nəticəsinə əsasən, ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 54,3% səslə qalib gəlib. Lakin müxalif partiyalar, eləcə də S.Zurabişvili seçkinin nəticəsini qəbul etməkdən imtina edib.

Noyabrın 19-da Zurabişvili seçkilərin nəticələrinin ləğv edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью