Gürcüstan Konstitusiya Məhkəməsi müxalifətin seçkilərinin nəticələrinin ləğvi ilə bağlı iddia ərizəsini qəbul etməyib

03.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Gürcüstan Konstitusiya Məhkəməsi prezident və müxalifətçilərin 26 oktyabr seçkilərinin nəticələrinin ləğv edilməsi ilə bağlı iddia ərizəsini qəbul etməyib.

"Report" un yerli bürosu xəbər verir ki, bununla bağlı yerli KİV məlumat yayıb.

Xatırladaq ki, bu il oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Seçkilərdə hakim "Gürcü Arzusu" Partiyası qalib gəlib.

Seçkinin nəticələrini tanımaqdan imtina edən prezident Salome Zurabişvili və müxalifət təmsilçiləri bununla bağlı Konstitusiya Məhkəməsi qarşısında iddia qaldırmışdılar.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью