Gürcüstan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı ərizəni qəbul etmədi

03.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Gürcüstan Konstitusiya Məhkəməsi prezident və müxalifətçilərin 26 oktyabr seçkilərinin nəticələrinin ləğv edilməsi ilə bağlı iddia ərizəsini qəbul etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı yerli KİV məlumat yayıb.

Xatırladaq ki, bu il oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Seçkilərdə hakim "Gürcü Arzusu" Partiyası qalib gəlib.

Seçkinin nəticələrini tanımaqdan imtina edən prezident Salome Zurabişvili və müxalifət təmsilçiləri bununla bağlı Konstitusiya Məhkəməsi qarşısında iddia qaldırmışdılar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью