Icma.az, Ayna portalına istinadən məlumat verir. “Biz Rusiya ilə heç bir danışıqlar masasına oturmaq fikrində deyilik” Gürcüstan Cənubi Qafq
AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə jurnalistlərə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından olan deputat L
Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Gürcüstan “Altılıq” formatında iştirak etməkdə sərbəstdir.
“Ərazilərimizi işğal edən Rusiya da “3+3” formatında iştirak edir.
Əlbəttə, biz Rusiya ilə heç bir danışıqlar masasına oturmaq fikrində deyilik”, - Maçavariani bildirib.
Deputat xatırladıb ki, Rusiya ilə Gürcüstan arasında heç bir diplomatik və ya başqa münasibətlər yoxdur.
Parlamentarinin sözlərinə görə, respublika ilk növbədə ərazi bütövlüyü məsələsini həll etməli, bundan sonra görüş formatlarda iştirak edə bilər.
Qeyd edək ki, “3+3” formatı Cənubi Qafqazın üç ölkəsi (Ermənistan, Azərbaycan və Gürcüstan) və üç qonşu ölkə (Rusiya, Türkiyə və İran) arasında məsləhətçi əməkdaşlıq formatıdır.