Gürcüstan LGBT yürüşlərini də qadağan edəcək

04.04.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

LGBT yürüşlərinin və onlarla əlaqəli rəngli əşyaların (bayraqlar - red.) qadağan edilməsi ilə bağlı qanunvericilik təklifi Gürcüstan parlamentinə təqdim edilib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.

Bildirilib ki, qanunvericilik təklifi vətəndaşların imzaladığı təşəbbüsdür, qanun layihəsi deyil və onun qəbulu və qanun layihəsinə çevrilməsi müvafiq komitədən asılıdır: "LGBT yürüşlərinin və onlarla əlaqəli rəngli əşyaların qadağan edilməsi ilə bağlı qanunvericilik təklifi var və bu təklif İnsan Hüquqları Komitəsinə təqdim olunacaq". 

Ağarza Elçinoğlu


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью