Gürcüstan məktəblərində Çin dili tədris olunacaq | Icma.az
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanın təhsil naziri Aleksandr Tsuladze ümumi təhsilin yeni konsepsiyasını məktəb ictimaiyyətinə və maraqlı tərəflərə təqdim edib.
Yeniliklərdən biri də ikinci xarici dil kimi Çin dili standartının təsdiqi və müvafiq təhsil resurslarının hazırlanması olacaq.
“Cebheinfo.az” xəbər verir ki, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin yaydığı məlumatda belə deyilir.Kütləvi informasiya vasitələrində Çin dilinin məktəb kurikulumuna daxil edilməsi ehtimalı ilə bağlı yayılan məlumatlara rəsmi açıqlama verilib.
Nazirlikdən bildirilib ki, milli kurrikuluma uyğun olaraq, bütün şagirdlər üçün məcburi olan və 1-12-ci siniflər daxil olmaqla tədris olunan ilk xarici dil ingilis dilidir.
“İkinci xarici dilin öyrənilməsi 5-ci sinifdən başlayır və bu, şagird/valideyn tərəfindən öz istəyi ilə seçilən istənilən dil ola bilər.
Məktəb tələbəyə ən azı iki xarici dil seçimi təklif etməyə borcludur.
Bu gün məktəblilərin fransız, alman, italyan, türk və digər dilləri seçmək imkanı var.
Tam oxu
Xəbəri oxu