Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Baş nazir İrakli Kobaxidze ilə görüşünü geniş işıqlandırıb AZƏRTAC

18.01.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tbilisi, 18 yanvar, AZƏRTAC

Gürcüstan Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü, dövlət və hökumət başçılarının açıqlamaları gürcü mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, interpressnews.ge, apsny.ge, imedinews.ge, realnews.ge, aktual.ge, qafqazturk.com, 24news.ge, resonancedaily.com, ambebi.ge, portalları, 1tv.ge, imedi TV televiziya kanalları bu səfər və görüş haqqında silsilə materiallar yayıblar.

Materiallarda ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafı, birgə həyata keçirilən qlobal layihələrlə bağlı fikirlər geniş yer alıb.

Ümumiyyətlə, Gürcüstan mətbuatında Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidzenin görüşü ilə bağlı 30-a yaxın material yerləşdirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью