Gürcüstan Milli Bankı rəqəmsal lari buraxacaq

15.10.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstan parlamenti sürətləndirilmiş qaydada müzakirə apardıqdan sonra “Milli Bank haqqında” üzvi qanuna dəyişiklikləri 80 səslə yekdilliklə qəbul edib.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, “Gürcü Arzusu” deputatlarının qanunvericilik təşəbbüsü oktyabrın 15-də keçirilən plenar iclasda üçüncü oxunuşda təsdiqlənib.

Dəyişikliklərə əsasən, Milli Bank yanında fəaliyyət göstərən Mübahisələrə Baxılması Komissiyasının qərarlarından məhkəməyə şikayət verilməsi ilə bağlıdır. Şikayət üçün bir aylıq müddət müəyyən edilir və şikayətin qərarın icrasını dayandırmadığı təsbit olunur.

Qanun dəyişikliyi ilə yanaşı, Milli Banka rəqəmsal lari buraxmaq hüququ da verilir.

“Milli Bank haqqında” qanuna edilən dəyişikliklərlə rəqəmsal larinin hazırlanması, emissiyası və dövriyyəsi sahəsində Milli Bankın səlahiyyətləri müəyyənləşdirilib. Həmçinin “pul nişanları” və “emissiya” anlayışları genişləndirilib və pul nişanlarının rəqəmsal formada buraxılması da bu anlayışlara daxil edilib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью