Gürcüstan millisinin baş məşqçisi istefa verdi

26.09.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Gürcüstan millisinin baş məşqçisi istefa verdi

Villi Sanol Gürcüstan milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.

QOL.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Fransalı mütəxəssis 2021-ci ildən Gürcüstan millisinin baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə 2024-cü il Avropa çempionatına vəsiqə qazanıb və turnirin pley-off mərhələsinə yüksəlib.

Milli komandaya yeni baş məşqçi təyin olunub. Ramaz Svanadze 2028-ci ilin sonuna qədər Gürcüstan yığmasına rəhbərlik edəcək.

Svanadze bundan əvvəl Gürcüstanın U-21 millisində çalışıb və komandanı iki dəfə Avropa çempionatının final mərhələsinə çıxarıb.

Qeyd edək ki, Gürcüstan millisi Millətlər Liqasında sentyabrın 25-də Şimali İrlandiyaya evdə 0:1 hesabı ilə uduzub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью