Gürcüstan millisinin sabiq kapitanı vəfat etdi

22.10.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstan millisinin sabiq kapitanı Georgi Nemsadze 54 yaşında vəfat edib.

Sportal.az xəbər verir ki, bu barədə bu gün Gürcüstan Futbol Federasiyası məlumat yayıb.

Nemsadze 1992-ci ildə Gürcüstan millisində debüt edib. O, milli komandanın heyətində 69 oyun keçirərək bu göstərici üzrə ən çox matça çıxan 10 futbolçu sırasına daxil olub.

Georgi Nemsadze karyerası ərzində “Quriya”, Tbilisinin “Dinamo”, “Şevardeni” və “Lokomotiv”, həmçinin “Homburq”, “Trabzonspor”, “Qrashopper”, “Reccana” və “Dandi” klublarında çıxış edib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью