futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyanın “Sevilya” klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi Portuqaliya “Sportinq”indən Giorgi Koçoraşvilini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sevilya” gürcüstanlı yarımmüdafiəçi üçün 4 milyon avro transfer haqqı ödəyib. 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
“Sportinq” Koçoraşvilini 2025-ci ilin yayında “Levante”dən 5,5 milyon avroya transfer etmişdi. Gürcüstan millisinin üzvü ötən mövsüm 26 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.