Gürcüstan millisiniun sabiq üzvü ölkə prezidenti seçildi

14.12.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstan millisinin sabiq futbolçusu futbolçusu Mixail Kavelaşvili Gürcüstanın 6-cı prezidenti olub. Sport24.az xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Hakim "Gürcü Arzusu" partiyasının namizədi 300 seçicidən 224 səs toplayıb.

M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.

Qeyd edək ki, Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili idi. O, 2018-ci ildə bu postda idi.

Qeyd edək ki, Kavelaşvili "Dinamo" (Tibilisi) ilə dəfələlə Gürcüstan çempionu olub. O, 1991-2002-ci illərdə Gürcüstan millisinin formasını geyinib. 53 yaşlı sabiq hücumçu 1995-1997-ci illərdə "Mançester Siti"də də oynayıb. Kavelaşvili peşəkar karyerası ərzində İsveçrənin "Qrashopper", "Sürix", "Sion", "Aray" və "Bazel" komandalarında da çıxış edib.

O, Azərbaycan milli komandasının sabiq kapitanı Nazim Süleymanovla 1995-ci ildə "Spartak-Alaniya" klubunda komanda yoldaşı olub.

2016-cı ildə o,"Gürcü arzusu" partiyasının namizədi kimi Gürcüstan parlamentinin deputatı seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью