Gürcüstan Moskva avtobusunda AĞIR QƏZA: 5 ölü, 38 yaralı var

30.08.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Gürcüstandan Moskvaya gedən sərnişin avtobusu “KamAZ”la toqquşub.

Modern.az xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb, 38 nəfər isə yaralanıb.

Yol-nəqliyyat hadisəsi Stavropol vilayətində baş verib. İlkin məlumata görə, avtobusun sürücüsü sürət həddini aşıb və qarşıda hərəkətdə olan yük maşınına çırpılıb.

Yaralananlar arasında 5 uşağın olduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью