Gürcüstan Müdafiə Qüvvələrinin sayı 37 min hərbçidən çox olmayacaq

08.10.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 8 oktyabr, AZƏRTAC

Gürcüstan hökumətin qərar layihəsinə əsasən, 2026-cı ildə Gürcüstan Müdafiə Qüvvələrinin sayı dəyişməz olaraq qalacaq.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Müdafiə Qüvvələrinin sayı bu il olduğu kimi 37 min Nəfərdən çox olmayacaq.

Müvafiq fərman 2026-cı ilin dövlət büdcəsi layihəsi ilə birlikdə təsdiq olunmaq üçün Gürcüstan parlamentinə təqdim olunacaq. Qanunla bu məhdudiyyət hərbi vəziyyətə, ehtiyatda olanlara və ya Gürcüstan Müdafiə Nazirliyinin müvəqqəti tam ştatlı işçilərinə şamil edilmir.

Qeyd edək ki, Gürcüstanda hərbi xidmət dörd kateqoriyaya bölünür: məcburi, müqaviləli, karyera və ehtiyatda olanlara.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью