Gürcüstan müxalifət lideri “böyük nümayişlər” keçirməyi planlaşdırırlar

23.04.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Gürcüstan müxalifəti nümayişlər keçirmək və tətillərə hazırlaşmaq niyyətindədir, gürcü etiraz müxalifətinin nümayəndələrindən biri, Demokratiyanın Tədqiqi İnstitutunun rəhbəri Uça Nanuaşvili prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Lexus) ilə söhbətində bildirib.

Bizimyol.info xəbər verir ki, prankerlər söhbəti şahmatçı Qarri Kasparovun adından aparıblar.

“Biz böyük nümayişlərə hazırlaşırıq. Həmçinin bir çox şəhər və qəsəbələrdə bu nümayiş və etirazları mümkün qədər uzatmaq, həmçinin tətillərə hazırlaşmaq lazımdır”, - deyə Nanuaşvili bildirib.

Müxalifətçi 2024-cü ilin noyabr ayının sonundan Gürcüstanda davam edən etiraz aksiyalarını xatırladıb. “Bizim vahid liderimiz yoxdur, hətta heç bir siyasi partiyamız yoxdur. Bir çox fəal qruplar var. Təbii ki, biz onları əlaqələndiririk, amma vahid lider yoxdur. Bizə lider - hərəkatı idarə edəcək şəxs lazımdır. Biz bəzi özəl donorlarla da əlaqə saxlamağa çalışırıq. Biz Avropa İttifaqı ilə də daha çox ünsiyyət qurmaq istərdik”, - deyə Nanuaşvili təfərrüatları paylaşdı.

“Müsbət ssenari odur ki, nümayişlər davam edəcək. Avropa Şurası Parlament Assambleyası Gürcüstanda yeni seçkilər keçirməyə, yeni administrasiyaya sahib olmaq üçün bu seçki mühitini dəyişdirməyə çağırıb. Parlament Assambleyası qərara alıb ki, Gürcüstan hökuməti bu ilin aprelinə qədər, yəni iki ay ərzində müəyyən şərtləri yerinə yetirməlidir, lakin onlar (Gürcüstan hakimiyyəti) bundan imtina ediblər. Ona görə də etirazlarımızı davam etdiririk”, - deyə müxalifətçi qeyd edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью