Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstan ombudsmanı Levan İoseliani ölkədə toplantı və nümayişlərlə bağlı müəyyən edilmiş məhdudiyyətlərə qarşı çıxıb.
APA-nın yerli bürosu xəbər verir ki, xalq müdafiəçisi məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
İoseliani həmçinin aksiyalarda üzün maska və ya digər vasitələrlə örtülməsinə qoyulan qadağa ilə də razılaşmır.
İddiada Gürcüstanın İnzibati Xətalar Məcəlləsində qadağaları pozanların həbsinə alternativ olaraq nəzərdə tutulmuş məsuliyyətin mahiyyəti, eləcə də cərimənin məbləği mübahisə mövzusu kimi yer alıb.
Qeyd edək ki, ötən ilin dekabrın 11-dən Gürcüstanda aksiyalarla bağlı sərt tələblər qüvvəyə minib.
Yeni qaydalara əsasən, aksiyanın xəbərdarlıqsız ictimai yerdə təşkili qadağandır.
Aksiyalarda üzün maska ilə gizlədilməsinə qadağa isə 2024-cü ilin dekabrından tətbiq olunur.