Gürcüstan Orta Dəhlizin inkişafına mühüm diqqət yetirir

24.03.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstanın Orta Dəhlizdə öz rolunu oynaması çox vacibdir. Biz müxtəlif ölkələrin iştirakı ilə bu layihəyə böyük diqqət yetiririk.

SİA xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Macarıstanda keçirdiyi brifinqdə bildirib.

O deyib: "Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir. Bu, çox vacibdir və bu istiqamətdə işlər davam etdiriləcək. Bununla bağlı Avropa Komissiyası ilə işləmək vacibdir və bizim təklif etdiklərimiz onlar üçün çox əhəmiyyətlidir. Biz Avropanın təhlükəsizliyi üçün mühüm layihələr həyata keçirmək niyyətindəyik. Bunun üçün də Avropa strukturlarında Macarıstanın dəstəyinə ümid edirik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью