Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən il Gürcüstan Azərbaycandan 1,3 milyon ABŞ dolları dəyərində keramika məhsulları idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azından son 17 il üçün rekord göstəricisidir, 2024-cü illə müqayisədə isə 62 % çoxdur.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 129 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 7,5 % çoxdur.
Bu ilin ilk 9 ayında Gürcüstan İrandan 30 milyon ABŞ dolları, Çindən 28 milyon ABŞ dolları, İspaniyadan 22 milyon ABŞ dolları, Türkiyədən 20,5 milyon ABŞ dolları, İtaliyadan 9 milyon ABŞ dolları dəyərində məhsul alıb.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 120 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bunun da 789 min ABŞ dolları Azərbaycanın payına düşüb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin