Gürcüstan Parlamenti: ABŞnin Tbilisiyə qarşı sanksiyaları mənasızdır Xəbər saytı Son xəbərlər və Hadisələr

13.12.2024

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

ABŞ-nin mövcud administrasiyasının Tbilisiyə qarşı sanksiyalar tətbiq etmək qərarı anlaşılmaz və mənasızdır.

BAKU.WS xəbər verir ki, bu fikri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili səsləndirib.

O qeyd edib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin hakimiyyətinin son illərində ABŞ-da da eyni administrasiya hakimiyyətdə olub.

"İnsanlara qarşı işgəncələr xüsusilə amansız xarakter aldı, faktiki olaraq azad mətbuat məhv edildi, biznesin reketi dövlət sisteminin bir hissəsinə çevrildi. O dövrdə ABŞ administrasiyasından nəinki sanksiya, hətta konkret bir mövqe belə görmədik",- deyə Papuaşvili bildirib.

Qeyd edək ki, ABŞ Gürcüstanın 20 vətəndaşına, o cümlədən hökumət üzvlərinə, qanunvericilərə və hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı viza məhdudiyyətləri tətbiq edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью