Gürcüstan parlamenti Fransanı yeni seçkilər keçirməyə çağırıb

07.01.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili siyasi böhrandan çıxış yolu kimi Fransa hakimiyyətini yeni seçkilər keçirməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Papuaşvili bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

“Mən Fransanın daxili işlərinə qarışmaq fikrində deyiləm, lakin nəzərə alsaq ki, fransızların 61%-i prezident Emmanuel Makronun istefasını dəstəkləyir, 50%-i isə Milli Assambleyanın buraxılmasını istəyir, yeni seçkilər problemin həlli üçün yaxşı həll yolu ola bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью