Gürcüstan parlamenti Saakaşvilinin hakimiyyət dövrünü araşdıracaq komissiya yaradıb

05.02.2025

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Gürcüstan parlamenti 2003-2012-ci illərdəki hakimiyyətin fəaliyyətini araşdıracaq komissiya yaradıb

"Report"un Gürcüstan bürosu xəbər verir ki, 83 deputat bu təşəbbüsə dəstək verib.

Komissiya üç ay ərzində “Milli Hərəkat” dövrü ilə bağlı siyasi və hüquqi qiymətləndirmə aparacaq. Əgər bu müddət yetərli olmazsa, fəaliyyət müddəti altı aya qədər uzadılacaq.

Bu addımın Gürcüstanda keçmiş hakimiyyət dövrünə dair şəffaflıq yaradacağı və gələcəkdə ölkənin siyasi inkişafına dəstək verəcəyi bildirilir.

Qeyd edək ki, sözügedən dövrdə Gürcüstana hazırda həbsdə olan Mixail Saakaşvili rəhbərlik edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью