Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tbilisi, 3 fevral, AZƏRTAC
Gürcüstan Parlamentdə ərzaq məhsullarının, dərmanların və yanacağın qiymət strukturunu öyrənmək üçün müvəqqəti komissiya yaradılıb.
AZƏRTAC xəbər verir ki, müvafiq komissiya 88 səslə yekdilliklə qəbul edilib.
Müvəqqəti komissiyanın səlahiyyət müddəti 3 ay müəyyən olunub və komissiya fevralın 5-də işə başlayacaq.
Komissiyaya parlamentin iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili rəhbərlik edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi