Gürcüstan parlamentində qırmızı təhlükəsizlik səviyyəsi ləğv edilib

06.12.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstan parlamentində qırmızı təhlükəsizlik səviyyəsi ləğv edilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hazırda qanunverici orqanın binasında sarı təhlükəsizlik səviyyəsi tətbiq edilir. Qaydalara əsasən hazırda yalnız müxtəlif struktur bölmələri tərəfindən dəvət edilən şəxslərin komitə və plenar sessiyalarda iştirakı üçün binaya daxil olmasına icazə verilir. Media orqanlarına isə yalnız bir akkreditasiyalı çəkiliş qrupu icazəsi verilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью