Gürcüstan parlamentində qırmızı təhlükəsizlik səviyyəsi ləğv edilib

06.12.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Gürcüstan parlamentində "qırmızı təhlükəsizlik" səviyyəsi ləğv edilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda qanunverici orqanın binasında "sarı təhlükəsizlik" səviyyəsi tətbiq edilir.

Qaydalara əsasən, hazırda yalnız müxtəlif struktur bölmələri tərəfindən dəvət edilən şəxslərin komitə və plenar sessiyalarda iştirakı üçün binaya daxil olmasına icazə verilir.

Media orqanlarına isə yalnız bir akkreditasiyalı çəkiliş qrupu icazəsi verilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью