Gürcüstan parlamentindən SON GÖRÜNTÜLƏR

01.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ötən gün Tbilisidə baş verən iğtişaşlar zamanı Gürcüstan parlamentində 48 otağa ziyan dəyib.

Modern.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, binanın aşağı mərtəbələrində bütün pəncərələr sınıb, istilik sistemi və ofis avadanlığı sıradan çıxıb, taxta qapılardan biri yanıb.

"O cümlədən kompüter laboratoriyasına da ziyan dəyib, yeməkxana tamamilə dağıdılıb", - Papuaşvili qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью