Gürcüstan parlamentinə xarici agentlər haqqında qanun layihəsi təqdim olunub

24.02.2025

Dogru.az saytına istinadən Icma.az xəbər verir.

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası xarici agentlər haqqında yeni qanunun təşəbbüskarı olub.

Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsi Amerikanın FARA qanununun dəqiq surətidir.

“Əgər kimin mətndəki hər hansı söz, nöqtə və ya vergüllə bağlı şikayəti varsa, Amerika Birləşmiş Ştatlarına üz tutsun və Amerika sistemi haqqında bəyənmədiklərini desin”, – TASS onun sözlərindən sitat gətirir.

Papuaşvili daha əvvəl bəyan etmişdi ki, Gürcüstan xarici agentlər haqqında qanunu tənqid edənlərdən üzrxahlıq gözləyir.

Bundan əlavə, məlum olub ki, Gürcüstan hakimiyyəti “dövlətə xəyanət” maddəsini respublikanın Cinayət Məcəlləsinə qaytarmağa hazırlaşır.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью