Gürcüstan parlamentinin binasına ciddi ziyan dəydi

01.12.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

Gürcüstan parlamentində dünənki etiraz aksiyasından sonra 48 iş otağı zədələnib.

Publika.az xəbər verir ki, bunu Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib.

“Çiçinadze küçəsi və Rustaveli prospektindən aşağı mərtəbələrdə demək olar, bütün pəncərələr sındırılıb, ofis avadanlıqları zədələnib. Eyni zamanda Çiçinadze küçəsindən olan taxta qapı yanıb, istilik/soyutma sistemi zədələnib, anbar, kompüter laboratoriyası zədələnib, kafeteriya tamamilə məhv edilib, parlamentin xarici işıqlandırması kəsilib”, - o, mətbuat konfransında deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью