Gürcüstan parlamentinin binasında yanğın başlayıb

01.12.2024

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Tbilisidə Gürcüstan parlamentinin binasında yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, nümayişçilər bir neçə saat ərzində parlament binasına tərəf fişənglər atıb.

Nəticədə fişənglərdən biri pəncərədən içəri düşüb, bundan sonra orada yanğın başlayıb.

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tbilisidə hökumətin qərarına etiraz edən vətəndaşlar aksiya keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью