Gürcüstan parlamentinin komitə sədri: Prezident İlham Əliyevin bəyanatı geosiyasi reallıql…
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir. Gürcüstan parlamentinin Özünüidarəetmə və Regional Siyasət Komitəsinin sədri İrakli
Azərbaycan Prezidentinin mövqeyi tam vaxtında və olduqca dəqiq şəkildə regional həqiqətləri ortaya qoyur.
“Bəzi Avropa İttifaqı nümayəndələrinin Asiya ölkələri ilə münasibətləri fonunda bu həqiqətləri görməzdən gəlmələri isə təəssüf doğurur”, - deyə Kadaqişvili vurğulayıb.
Deputat qeyd edib ki, Gürcüstan hər zaman Cənubi Qafqazda sülh və əməkdaşlığın tərəfdarı olub: “Lakin bəzi qüvvələrin Qafqaz ölkələri arasında inamsızlıq toxumu səpməsi yolverilməzdir.
Bu səbəbdən də bir daha vurğulamaq lazımdır ki, cənab İlham Əliyevin mövqeyi reallığa əsaslanır".
İ.Kadaqişvili qeyd edib ki, Gürcüstan və Azərbaycan bu məsələdə tam koordinasiyalı və yaxın mövqedədirlər.
Onun fikrincə, Prezident Əliyevin bəyanatı, həmçinin Avropa İttifaqına da bir mesajdır: “Geosiyasəti və coğrafiyanı dəyişmək olmaz.
Coğrafiya göstərir ki, Xəzər dənizi ilə Qara dəniz arasındakı yol yalnız Azərbaycan və Gürcüstan üzərindən keçir”.
Tam oxu
Xəbəri oxu