Gürcüstan parlamentinin sədr müavini Zelenskini kloun adlandırıb

12.12.2024

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstan parlamentinin sədr müavini Tea Tsulukiani Ukrayna prezidenti Volodimir Zelenskini kloun adlandırıb. 

Missiya.Az xəbər verir ki, siyasətçi bunu “İmedi” telekanalına müsahibəsində deyib.

O, Ukrayna liderinin sanksiyalarına baxmayaraq, özünü əla hiss etdiyini bildirib.

"Təxminən qırx il əvvəl klounlarla maraqlanırdım. Bu gün isə klounlarla maraqlanmıram", - deyə Tsulukiani vurğulayıb.

Qeyd edək ki, Zelenski bir neçə gün bundan öncə Tsulukiani də daxil olmaqla, Gürcüstanın rəsmi şəxslərinə sanksiya tətbiq edib.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью