Gürcüstan parlamentinin sədri Avropa İttifaqını sərt tənqid edib

19.11.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 19 noyabr, AZƏRTAC

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında Avropa İttifaqını sərt tənqid edib.

AZƏRTAC xəbər verir ki, Papuaşvilinin sözlərinə görə, Brüssel Gürcüstan Hökuməti ilə birbaşa dialoqdan yayınır.

O qeyd edib ki, həqiqətə hörmət edən və tənqidə açıq Avropa yoxdur.

“Təəccüblü deyil ki, Brüssel Gürcüstan ilə dialoqdan qaçır. Səbəb isə çox sadədir. Siz öz mövqeyinizi yalançı rəvayətlər və dezinformasiyalar üzərində quranda dəqiq bilirdiniz ki, elə ilk mübahisəli söhbətdə bu yalançı konstruksiya bircə doğru sözün toxunuşu ilə dağıdılacaq”, - deyə Papuaşvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstan-Avropa İttifaqı İnsan Haqları Dialoqu görüşü Avropa İttifaqının qərarı ilə təxirə salınıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью