Gürcüstan parlamentinin sədri Buxarestdə Fransa səfirini sərt tənqid edib

12.05.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tbilisi, 12 may, AZƏRTAC

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransanın Tbilisidəki səfirini sərt tənqid edərək onu radikal müxalifəti maliyyələşdirməkdə ittiham edib.

AZƏRTAC xəbər verir ki, Şalva Papuaşvili Budapeştdə jurnalistlərə bildirib ki, Fransa səfirliyi Gürcüstanda fəaliyyət göstərən radikal siyasi qruplara maliyyə ayırmaqla onların hökumət əleyhinə fəaliyyətlərini dolayı yolla maliyyələşdirir.

Onun sözlərinə görə, bu fakt gizlədilir və guya həmin qruplar turist marşrutları ilə məşğul olurmuş kimi təqdim olunur: “Ekstremist siyasi qrupların üzvlərinə Fransa səfirliyi pul verib və bununla da, əslində müxalifətin radikal fəaliyyətlərini dolayı yolla maliyyələşdirir. Üstəlik, gözümüzə kül üfürürlər ki, guya bunlar turist marşrutlarını çəkirlər. Halbuki həmin insanlar əsasən hökumətin devrilməsi planları ilə məşğuldurlar”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью