Gürcüstan parlamentinin spikeri Avropa İttifaqını bu ölkədə baş verən hadisələri pisləməyə çağırıb

13.10.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Tbilisidə baş verən toqquşmalarda 25-ə qədər polis əməkdaşı yaralanıb, onlardan 15-i xəstəxanaya yerləşdirilib. Polis 46 etirazçını və aksiyanın 5 təşkilatçısını saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gütcüstan parlamentinin spikeri Şalva Papuaşvili sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Avropa İttifaqı dəstəklədiyi qruplar tərəfindən Gürcüstanın Prezident Sarayına zorakılıqla basqın edilməsini pisləyənə qədər ekstremizmin tərəfdarı olaraq qalacaq.

O deyib ki, Gürcüstan hakimiyyəti Qərb dövlətlərini və Amerika Birləşmiş Ştatlarını Tbilisidəki hadisələri pisləməyə çağırıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью