Gürcüstan polisi külli miqdarda narkotik vasitəni müsadirə edib

06.07.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 6 iyul, AZƏRTAC

Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib. Nəticədə xüsusilə külli miqdarda narkotik maddənin qanunsuz alınması, saxlanması və paylanmasına kömək etmək ittihamı ilə iki nəfəri həbs edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq zamanı təqsirləndirilən şəxslərin evlərindən, eləcə də müxtəlif yerlərdən, "Mefedron", "Tetrahidrokannabinol" və "Alfa-PVP" kimi satışa hazırlanmış külli miqdarda narkotik maddə müsadirə edib. Saxlanılan şəxsləri 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью