Gürcüstan prezidenti 613 məhbusu əfv edib

21.01.2025

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Kavelaşvili bu barədə sosial şəbəkədə yazıb.
Mixeil Kavelaşvili Gürcüstanın Prezidenti vəzifəsinə başlayıb "Rəbbin zühuru pravoslav xristian bayramı ilə əlaqədar olaraq, mən konstitusiya səlahiyyətlərimdən istifadə edərək 613 məhbusu əfv etdim.Əfv olunan məhbuslara ailələrinə qayıtmaq və cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı verilir", - deyə prezident qeyd edib.
Xatırladaq ki, ötən il Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib. O, 300 seçicidən 224 səs toplayıb. Onun andiçmə mərasimi dekabrın 29-da keçirilib.
Həmidı İbrahimova
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью