Gürcüstan prezidenti Avropa səfirləri ilə təcili görüş təyin edib Bəyanatla çıxış edəcək

28.11.2024

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Baş nazir Avropa İttifaqı  ilə danışıqların dayandırıldığını elan etdikdən sonra Gürcüstan prezidenti Salome Zurabişvili diplomatik korpusun nümayəndələri ilə təcili görüş təyin edib.

Azpost.info “Novosti-Georgia” saytına istinadən bildirir ki, görüşün sonunda, yaxın saatlarda Zurabişvili fövqəladə bəyanatla çıxış edəcək.

Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün bildirib ki, Gürcüstan özü 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan imtina edir.

Hazırda sosial şəbəkələrin gürcü seqmentində baş nazir Kobaxidzenin Gürcüstan hökumətinin Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırması barədə bəyanatından sonra bir-birinin ardınca etirazlar elan olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью