Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisi, 29 yanvar, AZƏRTAC
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili fevralın 17-də Parlamentə ölkənin ən vacib məsələləri üzrə illik hesabatını təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Parlamentin sədri Şalva Papuaşvili bu gün keçirilən Büro iclasında bildirib.
Onun sözlərinə görə, Parlamentin reqlamentinə əsasən, yaz sessiyasının ilk plenar iclasının günü, Gürcüstan Konstitusiyasına uyğun olaraq, Prezidentin ölkənin ən vacib dövlət məsələləri üzrə illik hesabatı dinlənilir. Lakin tarix Parlamentin sədri ilə razılaşdırılaraq dəyişdirilə bilər.
Dinləmələrdə Baş nazir İrakli Kobaxidzenin də iştirakı nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi