Gürcüstan prezidenti hansı komandalarda oynayıb DOSYE | Icma.az
Icma.az bildirir, Azvision saytına əsaslanaraq. O, uşaqlıqdan futbola maraq göstərib və hücumçu mövqeyində çıxış edib.
Peşəkar karyerasına Tbilisinin “Lokomotiv” komandasında başlayıb.
1988-1995-ci illərdə Tbilisinin “Dinamo”sunun tərkibində bir neçə dəfə ölkə çempionu olub.
1991-2002-ci illərdə Gürcüstanın milli yığmasında 46 oyun keçirib.
1995-ci ildə Vladiqafqazın “Spartak-Alaniya” komandasına keçib və onun tərkibində Rusiya çempionu olub.
Elə həmin il Rusiya çempionatının 33 ən yaxşı futbolçusundan biri seçilib.
Daha sonra “Mançester Siti”də və İsveçrənin bir sıra klublarında oynayıb. 2006-cı ildə oyunçu karyerasını başa vuraraq, məşqçiliyə başlayıb.
2016 və 2020-ci illərdə “Gürcü arzusu” partiyasından parlamentə seçilib.
Tam oxu
Xəbəri oxu