Gürcüstan prezidenti istefa verməyəcəyini açıqlayıb

30.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin legitim olmadığını səbəb göstərib və mandatının başa çatmasına baxmayaraq istefa verməyəcəyini bildirib.

Zurabişvili bunu televiziya ilə çıxışı zamanı deyib.

“Mən sizin prezidentiniz olaraq qalıram, legitim parlament yoxdur. Buna uyğun olaraq qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq və mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir”, deyə o bildirib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью