Gürcüstan Prezidenti məhkum edilmiş şəxsləri əfv etdi

14.10.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Tsitsxovloba dini bayramı şərəfinə Gürcüstan Prezidenti Mixail Kavalaşvili 70 məhbusu, habelə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza çəkən şəxsləri əfv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “İnterfaks” prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Prezidentin əfv fərmanı azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza çəkən 42 nəfərə, həbs cəzası çəkən 24 nəfərə şamil edilib, 4 nəfərin isə cinayəti silinib”, - deyə administrasiya məlumat yayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью