Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanlı ictimai fəal Daşqın Gülməmmədov azadlığa buraxılıb.
"Yeni Sabah" xəbər verir ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin müvafiq əfv sərəncamı D.Gülməmmədova da şamil edilib.
Xatırladaq ki, D.Gülməmmədov 2002-ci ildən 2011-ci ilə qədər Gürcüstan Azərbaycanlıları Milli Assambleyasına rəhbərlik edib. İnternet mağaza
O, 2009-cu ildə Azərbaycanda həbsdə olub. Daşqın Gülməmmədov tanışını dövlət qurumlarından birində işə düzəltmək adı ilə aldadaraq onun 5 min dollarını mənimsəməkdə ittiham olunmuşdu.
D.Gülməmmədov 2025-ci ildə Gürcüstanda həbs olunub. O, Gürcüstan Cinayət Məcəlləsinin 151.2-ci (ailə üzvünə qarşı ölüm və ya sağlamlığa zərər vurma hədəsi) maddəsində təqsirləndirilib və 3 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, D.Gülməmmədov 2013-cü ildə Gürcüstan prezidentliyinə namizədliyini irəli sürmüşdü./Oxu.az