Gürcüstan prezidenti polislərə müraciət etdi

29.11.2024

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan prezidenti Salome Zurabişvili hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı onları Tbilisidəki dinc etirazçılara əl qaldırmamağa çağırıb.

Onun sözlərinə görə, həyata keçiriləcək bütün zorakılıq əməllərinə görə məsuliyyət Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin üzərində olacaq.

Hazırda parlament binası qarşısında keçirilən aksiyada polis və iştirakçılar arasında kəskin qarşıdurmalar baş verir. Polis aksiyaçıları sıxışdırmağa başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью