Gürcüstan Prezidenti Rusiyanı işğalçı adlandırıb

31.01.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

“Rusiya Gürcüstan ərazilərini işğal edib və buna görə ölkələr arasında diplomatik münasibətlər yoxdur, sadəcə iqtisadi münasibətlər var”.

Missiya.Az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsi zamanı deyib.

“Bizim əsas siyasətimiz sülh siyasətidir. İşğal olunmuş ərazilərdə abxaz və osetin qardaş və bacılarımız yaşayır. Biz işğalın müvəqqəti olduğuna inanırıq. Ümid edirik ki, Gürcüstan gələcəkdə vahid və inkişaf etmiş dövlətə çevriləcək", - deyə siyasətçi bildirib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью