Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb

27.01.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Tbilisi, 27 yanvar, AZƏRTAC

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili müqəddəs "Ninoy Günü" münasibətilə 59 nəfəri əfv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.

Bildirilir ki, əfv aktı 57 məhkuma təsir edib və iki nəfərin məhkumluğu ləğv edilib.

Məlumatda deyilir ki, Gürcüstan Prezidentinin Konstitusiya ilə ona verilən müstəsna səlahiyyətlərdən istifadəsi humanizm prinsipinə, eləcə də dövlət maraqlarına əsaslanır.

Qeyd edək ki, bu son 10 gündə Gürcüstan Prezidentinin imzaladığı ikinci əfv fərmanıdır.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Epifaniya bayramı münasibətilə yanvarın 19-da 159 məhkumu əfv edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью